Quis custodiet ipsos custodes?

Bayaq polislərin vəhşiliyi haqda videoya baxırdım. Təbii ki, izlədiyim görüntülər ürəkaçan, normal deyildi.  Vəhşiliklər barədə danışmayağa lüzum görmürəm. Onsuz da yazacaqlarım qismən bunu oxuyanların düşüncələrindən mahiyətcə heç də fərqlənməyəcək. Fərqlənən yalnız barbarlıq dərəcəsinin təsvir tonları olacaq. Əşi, siz özünüzü qoruyun, əsas budur. Hə,  sonra  Platonun “Dövlət” əsərindən bu hissə qarşıma çıxdı. Dedim, tərcümə edim.  Yaxşı ya pis nə isə etməyə çalışmışam. İcazənizlə…

‘Quis custodiet ipsos custodes?’

– Qoruyucuların gördüyü iş əhəmiyyətli olduğuna görə onların da yalnız böyük qayğı istəyən işləri ilə məşğul olmaları lazımdır.
– Məncə də, elədir.
– Yaxşı, bu iş üçün uyğun bir yaradılış lazım deyil?
– Təbii ki, lazımdır.
– Onda dövlətin mühafizəsində hansı yaradılışa sahib olanların seçilməsi ilə bağlı araşdırma edəcəyik indi. Tapa bilsək əgər.
– Araşdıraq.
– Asan iş deyil, amma əlimzdən gələni edək.
– Edək.
– Səncə, cins bir köpəyin gözətçilikdən yana yaradılışı nüfuzlu bir dəliqanlınınkindən fərqlidirmi?
– Başa düşmədim, nə demək istəyirsən ki?
– Onu demək istəyirəm ki, hər ikisi də düşməni sezə bilmək üçün duyğulu, sezən kimi qovalaya bilmək üçün çevik, tutandan sonra isə boğuşmaq üçün güclü olmalıdır.
– Əlbəttə, elə olmalıdır.
– Üstəgəl, yaxşı döyüşməsini istəyiriksə, igit də olmalıdır.
– Şübhəsiz.
– Yaxşı, amma bir atın, bir köpəyin, ya da başqa bir varlığın igid ola bilməsi üçün azğın da olması lazımdır. Ancaq azğın olanların məğlubedilməz, boyun əyməz olduqlarını da görmüsən yəqin.
– Görmüşəm.
– Yaxşı, indi bir qoruyucunun fiziki cəhətdən necə olacağını bilirik.
– Bəli.
– Ruhunun da azğın olması gərəkliyini də gördük, elə deyil?
– Bəli, onu da gördük.
– Yaxşı, amma, Gloukon, yaradılışı belə olanlar bir-birlərinə də, vətəndaşlarına da kobud rəftar eləməzlər?
– Rəftar edərlər kimi görünür.
– Elə isə bu insanların vətəndaşlarına yumşaq, düşmənlərinə kobud rəftar eləməsi lazımdır. Yoxsa, vətəndaşları düşmənlərdən qabaq onları məğlub edər.
– Düzdür.
– Elədirsə nə edək? Həm yumşaq xasiyyəti, həm də igid olanı hardan tapaq?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s